Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şokolad insan beyninə tiryək kimi təsir edir


Şokoladın cəzbetmə qüvvəsinin sirri onun insan beyninə tiryək kimi təsir etməsindədir. Miçiqan ştatında yerləşən universitetin alimləri belə nəticəyə gəliblər.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, tədqiqatçılar sınaq gedişində müəyyən ediblər ki, şokoladdan istifadə nəticəsində orqanizm enkefalin təbii kimyəvi birləşməsinin hasilini artırır. Enkefalin morfi təsirinə malikdir və eyforiya vəziyyəti yaradan endorfinlər qrupuna daxildir.

"Biz şokoladın beynə təsir mexanizminin tiryəklə eyni olduğunu müəyyən etdik" - professor Aleksandra Di Feliçiantonio bildirib.





 
EMİL





22/09/12    Çap et