Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Poçt şöbələri xüsusi rejimdə fəaliyyət göstərəcək


"Bakutel" 2012 sərgi və sərgi çərçivəsində keçiriləcək İnternet İdarəçiliyi Forumunda dünyanın müxtəlif ölkələrindən nümayəndələr iştirak edəcək. Bu məqsədlə “Azərpoçt” MMC-nin poçt şöbələri xüsusi rejimdə fəaliyyət göstərəcək.

Bu barədə "Azərpoçt" MMC-dən "ICTnews" elektron xəbər xidmətinə məlumat verilib. Məlumatda deyilir ki, konfransın keçirilməsi ilə əlaqədar Bakıya gələcək qonaqlara bütün poçt şöbələrində yüksəksəviyyəli xidmət göstərmək üçün şöbələrin xüsusi estetik vəziyyətdə olmasından əməkdaşların dil biliklərinə qədər bütün məsələlər diqqət mərkəzindədir.

Məlumatda bildirilir ki, “Azərpoçt” MMC “Eurovision” mahnı yarışması ərəfəsində belə bir təcrübədən keçdiyindən onlar üçün əməkdaşların dil bilikləri sahəsində hər hansı problem yoxdur.
Öz növbəsində “Azərpoçt” MMC də sərgidə öz xidmətlərini nümayiş etdirəcək.




RƏVAN





24/09/12    Çap et