Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni daha sürətli rabitə sistemi yaradılıb


Mühəndislər qrupunun yaratdığı ən yüksəksürətli rabitə xətti  verilənləri saniyədə 1 petabit sürətlə ötürməyə qadirdir. 52,4 kilometr uzunluğunda yeni 12 kanallı rabitə xəttini Yaponiyanın “NTT” şirkəti, “Fujikura” şirkəti, həmçinin Yaponiyanın Hokkaydo Universiteti və Danimarka Texniki Universiteti yaradıblar.

İstehsalçılar bildiriblər ki, onların yaratdığı rabitə sistemi 5000 ədəd ikisaatlıq “HD” filmi 50 kilometr uzunluğunda məsafəyə bir saniyə ərzində ötürə bilər. Bu göstərici lif-optik xətlər üçün mütləq rekorddur.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Danimarka Texniki Universitetinin professoru Toşio Moriokinin sözlərinə görə, lif-optik xətlər üçün əvvəlki rekord 305 Tbit/san təşkil edirdi. Bu göstərici indiki nailiyyətdən 3 dəfə aşağıdır.

Rabitə sisteminin yaradıcıları bildiriblər ki, rabitənin sürətini əhəmiyyətli dərəcədə qaldırmaq lif-optik sisteminin yeni strukturu sayəsində mümkün olub. Petabit sürət əldə etmək üçün çoxnüvəli optik nüvə (MCF, multicore optical fiber) adlandırılan kabeldən istifadə edilib.



 
EMİL





24/09/12    Çap et