Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Galaxy” smartfonlarında boşluq aşkar edilib


“Samsung Galaxy” smartfonlarında aşkar edilmiş boşluq  qurğudakı şəxsi məlumatları silməyə imkan verir.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, bu aparatlarda istifadəçi məlumatlarının (zavod sazlamalarına geri qaytarılma əməliyyatı) silinməsi "ulduz" (*),"diez" (#) və rəqəmlərdən ibarət olan “USSD” sorğu vasitəsilə həyata keçirilir. Potensial kibercinayətkar bu boşluqdan istifadə edərək aparatı format edə bilər.

Boşluğu Berlin Texniki Universitetində çalışan tədqiqatçı Ravi Borqaonkar (Ravi Borgaonkar) aşkar edib. O, bu barədə “Ekoparty” konfransında danışıb.
 








EMİL





26/09/12    Çap et