Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter”-də 30 milyon abunəçiyə malik birinci şəxs kim olacaq?


Analitiklərin proqnozuna əsasən, “Twitter” xidmətində 30 milyon abunəçisi olan birinci mikrobloq yaxın iki həftə ərzində məlum olacaq. Ekspertlərin fikrincə, Ledi Qaqanın mikrobloquna 30 milyonuncu abunəçinin üzv olması üçün bu müddət kifayət edəcək.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, hazırda müğənninin mikrobloqunu 29,7 milyon insan izləyir.

Məlumat üçün qeyd edək ki, son statistik informasiyaya əsasən, “Twitter” mikrobloqlar xidmətinin ümumi auditoriyası artıq 500 milyondan çoxdur. Bununla belə, onların 40 faizi aktiv deyil.






 
EMİL





26/09/12    Çap et