Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni internet radio yaradıldı


Yeni internet radio yaradılıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Sippo”  “Qazeta” Analitik İnformasiya Mərkəzinin 24 saat fəaliyyətsiz çalışan internet radio layihəsidir. Layihə 2012-ci ildə “Qazeta” AİM-in idarə heyəti tərəfindən yaradılıb. Radio “Sippo” əsasən operativ xəbər, musiqi və maraqlı müsahibə üzərində fəaliyyətini aparacaq.

Burada həm Azərbaycan, həm də Avropada baş verən xəbər və hadisələr işıqlandırılacaq. Radiodan bildirilib ki, məqsəd Azərbaycanda azad söz və fikir azadlığının daha da inkişaf etdirilməsinə dəstək vermək və Cənubi Azərbaycanın ağrılı taleyini dünya ictimaiyyətinə çatdırmaqdır.









SEYMUR





27/09/12    Çap et