Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

SDU-da innovasiyayönümlü inkişafın sosial-iqtisadi problemləri mövzusunda konfrans keçiriləcək


Sentyabrın 28-də Sumqayıt Dövlət Universitetində (SDU) innovasiyayönümlü inkişafın sosial-iqtisadi problemləri mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. "ICTnews" elektron xəbər xidmətinin universitetə istinadən verdiyi məlumata görə, konfransın plenar iclasında AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor İ.Alıyevin, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Regional İqtisadi və Sosial Tədqiqatlar İnstitutunun direktoru professor Ə.Nuriyevin, Sumqayıt Dövlət Universitetinin dosenti A.Tağıyevin və həmin universitetin dosenti Ş.Əliyevin çıxışları nəzərdə tutulub.

Çıxışlarda Azərbaycanın aqrar sektorunda inkişafın innovasiya modeli, ölkə iqtisadiyyatının çoxşaxəli, innovasiyayönümlü inkişafı və müasirləşməsi strategiyası, Sumqayıtda fəaliyyətdə olan və yaradılacaq texniki parkların inkişafı problemləri, Azərbaycan iqtisadiyyatının innovasiyalaşdırılmasında xüsusi iqtisadi zonaların tətbiqinin mühüm aspektləri və s. mövzular əhatə olunacaq.  Daha sonra konfrans bölmə iclaslarında işini davam etdirəcək.



CAHANGİR





27/09/12    Çap et