Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetdə itmiş uşaqlar haqqında məlumat veriləcək


“NotFound.org” layihəsinə start verildi. Layihə çərçivəsində sayt sahiblərinə veb-səhifədə 404 xətası haqqında xəbərdarlıq kimi itmiş uşaqlar haqqında elan yerləşdirmək təklif edilir.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, hər bir elanda itmiş uşağın fotosu, qısa tərcümeyi-halı, itmə tarixi və əlaqə telefonu yerləşdirilib. Sayt sahibindən yalnız müvafiq kodu veb-səhifəyə quraşdırmaq tələb olunur.

“NotFound.org” layihəsinin təşəbbüskarları qismində itmiş uşaqların axtarışı ilə məşğul olan Avropanın bir neçə təşkilatı çıxış edib. Artıq 480-dən çox internet-resurs axtarışda olan uşaqlar haqqında elanları öz saytlarında yerləşdirib.Məlumat üçün bildirək ki, 404 xətası ilə olan xəbərdarlıq server axtarılan səhifəni tapmadıqda yaranır.




EMİL





28/09/12    Çap et