Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın ən böyük elektron foto arxivi fəaliyyətə başladı


Azərbaycanın  ən böyük foto arxivi olacağı gözlənilən sayt artıq hazırdır. “www.azerbaijanphoto.com” ünvanlı yeni sayt ölkəmizin ayrı-ayrı bölgələrini, nadir təbiət lövhələrini dünyaya tanıtdırmaq və ölkəmizin zəngin elektron foto arxivini yaratmaq məqsədi ilə ərsəyə gətirilib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə saytın redaksiyasından məlumat verilib.

Redaksiyadan bildirilib ki, saytın fotobazasında ölkənin kənd, şəhər və qəsəbəsini əks etdirən yüz mindən çox foto yerləşdirilib: “Fotolar rayonlar üzrə təsnif edilib. Bölmələrin hər biri kəndlər üzrə linklərə bölünüb və əlifba sırası ilə təqdim olunub ki, bu da saytdan istifadəni asanlaşdırır. Bundan başqa, bir çox tarixi yerlərin fotogörüntülərində 7 dildə altyazıların verilməsi saytın üstün cəhətlərindən biri kimi qeyd edilə bilər.

“azerbaijans.com” saytının kollektivinin ərsəyə gətirdiyi fotoresursda eyni zamanda bölgələrin füsunkar təbiətini və tarixini özündə əks etdirən videoçarxlar da yerləşdirilib”.


 
HƏQİQƏT





01/10/12    Çap et