Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Azərfon" Azərbaycanın bütün ərazisindəki infrastrukturunu yeniləyir


“Azərfon" MMC-nin Azərbaycanın telekommunikasiya bazarında aktivləşməsi mobil rabitə xidmətlərinin dəyərinin 60-80 faiz azaldılmasına imkan verib. Bu barədə şirkətin direktoru Yurgen Pits bildirib. Pitsin sözlərinə görə, bu gün şirkət Bakıda və regionlardakı baza stansiyalarının sayının artırılması, habelə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və istifadəçilərin sayının artması üzrə fəal işlər aparır.
"İlin sonunadək bu istiqamətdə ciddi irəliləyişlər olacaq. Biz "Nokia Siemens Networks" şirkəti ilə birgə bütün respublika ərazisində avadanlıqları yeniləyirik", - Pits bildirib. Pitsin sözlərinə görə, "Azərfon" şirkətinin investisiyalarının ümumi həcmi 80 milyon dollar təşkil edəcək.




20/07/11    Çap et