Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nümayəndələrimiz Moskvaya gedəcək


Noyabrın 8-9-da Moskvada veb-analitika və internet-marketinqinin səmərəliliyinin artırılmasına həsr olunmuş ikinci konfrans keçiriləcək. Tədbirdə ölkəmizdən də nümayəndələrin iştirakı gözlənilir.

“İnfoprostranstvo” mərkəzində təşkil olunacaq tədbirdə internet-marketinq və veb-analitika sahəsi üzrə ekspertlər, həmçinin Rusiyanın iri şirkətlərini təmsil edən internet-marketoloqlar və digər mütəxəssislər çıxış edəcəklər.

Konfransın əsas məruzəçiləri qismində internet-marketinq və veb-analitika üzrə dünyada tanınmış ekspertlər Brayan Ayzenberq və Ceffri Ayzenberq çıxış edəcəklər.Tədbirin əsas müzakirə mövzusu veb-analitika alətlərinin xülasəsi və onlardan istifadə qaydaları olacaqdır.







RƏVAN





01/10/12    Çap et