Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İsveçdə Müdafiə Nazirliyinə, yerli informasiya agentliyinə, banklara güclü kiberhücum həyata keçirilib


İsveçdə Müdafiə Nazirliyinə, “TT” yerli informasiya agentliyinə, banklara güclü kiberhücum həyata keçirilib. Aşağıdakı təşkilatların internet saytları sıradan çıxarılıb: “TT” materiallarını abunəçilərə göndərə bilməyib, "Svedbank"da internet-bank xidməti işləməyib  və sərnişinlər dəmir yolu biletlərini "Ümumdünya Hörümçək Toru" vasitəsilə sifariş edə bilməyiblər.

Ekspertlər hələ ki “DDoS” hücumun arxasında hansı qüvvələrin durduğu haqqında dəqiq fikir söyləyə bilmirlər.

"Bu işlə texniki cəhətdən istedadlı insanlar məşğul olurlar" - İsveç Polis İdarəsinin kompüter texnologiyaları üzrə eksperti Anders Alkvist bildirib və o hesab edir ki, İsveç hazırda kibercinayətkarların hədəfi altındadır.






EMİL





02/10/12    Çap et