Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“bakinter.net” internet provayder istifadəçilərinin sayı 90 mini ötüb


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) paytaxt sakinlərinin genişzolaqlı internetə çıxış imkanlarının artırılması məqsədilə yeni tədbirlər həyata keçirir. Birlikdən verilən məlumata görə, hazırda “bakinter.net” internet provayder istifadəçilərinin sayı 90 mini ötüb.

BTRİB-in internet tariflərinin endirilməsi istiqamətində apardığı siyasət və NGN texnologiyasının tətbiqinin genişləndirilməsi abunəçilərin sayının artmasına şərait yaradıb. Bundan başqa birlik Bakıda “hər bir ev üçün internet” layihəsini həyata keçirir.








RƏVAN





02/10/12    Çap et