Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda daxil olan trafikin orta sürəti 3,59 Mbit/saniyə təşkil edir


"Ookla" şirkətinin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 3,59 Mbit/saniyə təşkil edir.

Bakı üzrə bu göstərici 3,62 Mbit/s, Sumqayıt üzrə isə 2,61 Mbit/s təşkil edir.Nəticələr şirkətin sentyabrın 1-dən 30-dək apardığı eksperimental araşdırmaların əsasında əldə edilib. Testlərin aparılması üçün 291 781 unikal İP ünvanı seçilib.

Azərbaycan daxil olan trafik reytinqi üzrə 110-cu yeri tutub. Reytinqdə Azərbaycanın 20 internet servis provayderi və rabitə operatorlarının statistik göstəricilərinin nəticələri yer alıb. Araşdırmaların aparıldığı dövrdə sadalanan rabitə qurumlarının şəbəkələrində daxil olan trafikin maksimum sürəti 5,15 Mbit/s ("Eurosel"), minimum isə 1,87 Mbit/s ("TransEuroCom") təşkil edib.

Xaric olan trafik üzrə reytinqdə Azərbaycan 107-ci yeri tutub. Burada istifadəçilər şəbəkəyə 1,33 Mbit/s sürətlə çıxırlar. Bakı üzrə bu göstərici 1,28 Mbit/s, Sumqayıt üzrə isə 0,84 Mbit/s təşkil edir.

Xaric olan trafik üzrə reytinqdə Azərbaycanın 20 internet-servis-provayderi və rabitə operatorlarının statistik göstəricilərinin nəticələri də yer alıb. Araşdırmaların aparıldığı dövrdə sadalanan rabitə qurumlarının şəbəkələrində xaric olan trafikin maksimum sürəti 3,37 Mbit/s ("AG Telecom" şəbəkəsi), minimum isə 0,45 Mbit/s (Azerbaijan Data Network şəbəkəsi) olub.





03/10/12    Çap et