Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Peterburqda Cobsun xatirəsinə 500 kq alma paylanacaq


Oktyabrın 5-də “Apple” həmtəsisçisinin ildönümü ilə əlaqədar Peterburqda onun pərəstişkarları 510 kq alma paylayaraq xatirəsini yad edəcəklər. Sankt-Peterburqun mərkəzində keçiriləcək aksiyanın iştirakçıları qara sviter geyinməklə bağlı razılığa gəliblər.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, aksiyanın sonunda iştirakçılar 56 ədəd şam yandıracaqlar.

Qeyd edək ki, Stiv Cobs 2011-ci il oktyabrın 5-də uzunmüddətli xəstəlikdən sonra 56 yaşında dünyasını dəyişib.






 
EMİL





04/10/12    Çap et