Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon” Sietlda yeni ofis açır


Dünyanın ən böyük internet-mağazası olan “Amazon.com” 1,16 milyard dollara Sietlda yerləşən ofis mərkəzini satın alır. 167000 kv metr sahəyə malik kampus “Amazon”un yeni qərargahı olacaq. Bu barədə şirkət ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasına təqdim etdiyi sənədlərdə bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, bina kompleksinin satın alınması cari ilin dördüncü rübü ərzində başa çatdırılacaq.








 
EMİL





08/10/12    Çap et