Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” oktyabrda tədbir keçirəcək


“Microsoft” korporasiyası jurnalistləri oktyabrın sonunda ”Windows 8” əməliyyat sistemi (ƏS) və “Windows Phone 8” mobil platformasına həsr ediləcək tədbirə dəvət edib.

"Windows 8" ƏS-nə təklif ediləcək birinci tədbir oktyabrın 25-də Nyu-Yorkda keçiriləcək. Qeyd edək ki, “Windows 8” ƏS-i “Microsoft”un sensor ekranlarla iş üçün optimallaşdırılmış birinci stolüstü platformasıdır və onun relizi oktyabrın 26-na nəzərdə tutulub.

“Microsoft”un mobil proqram təminatının hazırlanması üzrə komandası da mətbuatı “Windows Phone 8” platformasına həsr edilmiş tədbirə dəvət edib. Tədbir oktyabrın 29-da San-Fransisko şəhərində keçiriləcək.
Qeyd edək ki, “Microsoft” korporasiyası “Windows Phone 8” mobil platformasını 2012-ci ilin iyununda təqdim edib, lakin onun çıxarılma tarixini açıqlamayıb.




EMİL





08/10/12    Çap et