Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ və Rusiya Federasiyası irimiqyaslı kiberhücumları birgə dəf edəcəklər


Rusiya və ABŞ irimiqyaslı kiberhücumları birgə dəf etmək üçün xüsusi “qaynar xətt”in yaradılması ilə bağlı danışıqlara başlayıblar.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, ABŞ-ın dövlət katibi Hillari Klinton Budapeştdə keçirilmiş internetdə təhlükəsizlik üzrə konfransda çıxışı zamanı şəbəkədə "dövlətlərin məsuliyyətli davranış normaları"nın qəbulu ideyasını dəstəkləyib. “Kommersant” qəzetinin məlumatına görə, hələ ki ABŞ-ın məhz hansı normaları dəstəkləməyə hazır olduğu məlum deyil, lakin söhbətin kibercinayətkarlığa qarşı birgə mübarizə aparmaqdan getdiyini güman etmək olar.

Hillari Klinton oktyabrın 5-də kibertəhlükəsizlik üzrə ikinci forumda belə bəyanat verib. Həmin forumda 60 ölkədən 600-dən çox nümayəndə (diplomatlar, ekspertlər və internet üzrə peşəkar şəxslər) iştirak ediblər. Qeyd edək ki, kibertəhlükəsizlik üzrə birinci konfrans 2011-ci ildə Londonda keçirilmişdi.




EMİL





09/10/12    Çap et