Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çörçillin arxiv sənədləri internetdə yerləşdirilib


İngiltərədə Uinston Çörçillin sənədlər arxivini rəqəmləşdirərək internetdə yerləşdiriblər. Bu barədə “The Telegraph” qəzeti yazıb.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Londonun “Bloomsbury” nəşriyyatının Kembric Arxiv Mərkəzilə əməkdaşlıq çərçivəsində yaratdığı rəqəmli arxiv saytı 2012-ci il sentyabrın sonunda işıq üzü görüb.

Kolleksiyaya 1874-dən 1965-ci ilədək dərc edilmiş 800 mindən çox sənəd daxildir. Materialların rəqəmləşdirilməsi 2 ilə başa gəlib.

Qeyd edək ki, arxivə yalnız kitabxanalar, həmçinin təhsil müəssisələrində yerləşən kitabxanalar çıxış əldə edə bilərlər. Bunun üçün onlar abunə haqqını ödəməlidirlər. Saytda fərdi abunə nəzərdə tutulmayıb.



EMİL





12/10/12    Çap et