Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin yerətrafı orbitə iki yeni mülki peyk buraxıb


Bazar günü səhər saatlarında Çinin şimal hissəsində yerləşən Tayyuan kosmodromundan "Çançjen-2S" raket-daşıyıcısı buraxılıb və o, "Şiszyan - 9 A və B" peyklərini nəzərdə tutulmuş orbitə uğurla çıxarıb. Çinin “Sinxua” agentliyinin bəyanatında qeyd edilib ki, hər iki aparat mülki sektor üçün nəzərdə tutulub və "texniki sınaqlar" üçün istifadə olunacaq. Aparatlar “China Aerospace Science and Technology Corporation” tərəfindən hazırlanıb. Əlavə məlumat verilməyib.








 
EMİL





15/10/12    Çap et