Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ildə dünyada “Wi-Fi” simsiz rabitəsi ilə təchiz edilmiş 1.5 milyard qurğu satılacaq


2009-cu ildən etibarən dünyada “Wi-Fi” simsiz rabitəsi ilə təchiz edilmiş 9 milyarddan çox qurğu satılıb. Smartfon, noutbuk, planşet, printer və avtomobil elektronikasının sayı artır və ən sürətli artım isə internetə qoşulma imkanına malik televizor sektorunda qeydə alınıb.

2011-ci ildə dünyada 17 milyon belə televizor satılıb, 2012-ci ildə isə 30 milyon televizor satılacaq. “ABI Research” analitiklərinin proqnozlarına görə, 2017-ci ilədək onların satışları 4 dəfə artacaq.

“ICTnews.az” elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, ilk illərdə “Wi-Fi” qurğular bazarında artım şəbəkə avadanlığı sayəsində təmin olunurdu. Lakin mobil tətbiqlər və ev sistemləri yaxın illərdə artımın hərəkətverici qüvvəsi olacaq. “Wi-Fi” yalnız internetə çıxış imkanını deyil, həmçinin müxtəlif elektron qurğular (televizor, planşet, smartfon) arasında əlaqəni təmin edəcək.

Məlumat üçün bildirək ki, “Broadcom”, “Qualcomm”, “MediaTek”, “Marvell”, “İntel” və “Texas Instruments” şirkətləri “Wi-Fi” mikrosxemlər bazarının 85 faizinə nəzarət edirlər.

EMİL





15/10/12    Çap et