Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Raspberry Pi” mikrokompüterinin yeni versiyası 512 meqabayt əməli yaddaş ilə təchiz edilib


“Raspberry Pi” mikrokompüterinin yenilənmiş versiyası 512 meqabayt əməli yaddaş ilə təchiz edilib. Nəticədə mikrokompüter multimedia proqramları ilə daha effektiv işləyə bilir.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Raspberry Pi”-nin ölçüləri dəyişməyib və onun əsas xarici parametrləri olduğu kimi saxlanılıb. Qiyməti də əvvəlki kimi 35 dollara bərabərdir.

İstehsalçıların verdiyi məlumata əsasən, kompüterin 512 meqabaytlıq versiyası 2 ədəd “USB” port, “HDMI” port, “SD” yaddaş kartı üçün slot və “Ethernet” portu ilə təchiz edilib.






EMİL





16/10/12    Çap et