Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Stratosferdən tullanış yayımı “YouTube”-da rekorda imza atıb


“YouTube”-da paraşütçü Feliks Baumhartnerin 38 kilometr hündürlükdən tullanış səhnəsinə eyni zamanda 8 milyonadək insan baxıb. Bu göstərici “YouTube”-da mütləq rekorddur.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Baumhartner oktyabrın 14-də hava kürəsinə bərkidilmiş kapsulda təxminən 38600 metr hündürlüyə qalxıb. Kapsulda fotoları birbaşa yayımda ötürən kamera yerləşdirilmişdi. Yayım, həmçinin vertolyotlarda quraşdırılmış kameralar vasitəsilə aparılıb.

Paraşütçünün tullanış müddəti 10 dəqiqədən az, bütöv yayım isə təxminən 2 saat çəkib. Baumhartner 3 dünya rekorduna (tullanış hündürlüyü, məsafə və azad eniş sürəti) imza atıb.Qeyd edək ki, “YouTube” daim konsert və digər tədbirlərin onlayn yayımını həyata keçirir.



EMİL





16/10/12    Çap et