Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə gənclər təşkilatı yeni saytını təqdim edib


Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə gənclər təşkilatı rəsmi internet səhifəsini geniş ictimaiyyətə təqdim edib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının mətbuat katibliyindən bildiriblər ki, “http://adiutgt.org/”  saytında Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə gənclər təşkilatı ümumi fəaliyyəti, tədbirləri, xəbərləri, elanları, eləcə də təşkilatın  “Facebook”, “Twitter” və digər sosial şəbəkələrdə fəaliyyət göstərən səhifələrinə birbaşa keçidlər yerləşdirilib.   

Gələcəkdə saytın genişləndirilməsi planlaşdırılır. İstifadəçilərə əlavə bölmələr, köşə yazıları və başqa yeniliklər təqdim ediləcək.





16/10/12    Çap et