Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPad mini” planşeti oktyabrın 23-də təqdim ediləcək


"Apple" şirkəti jurnalistlərə 2012-ci il oktyabrın 23-də Menlo-Parkda (Kaliforniya ştatı) keçiriləcək xüsusi konfransa dəvətlər göndərib. Tədbirdə "iPad mini” planşetinin təqdim ediləcəyi gözlənilir. "Apple" şirkəti ənənəsinə sadiq qalaraq təqdimatın mövzusunu son dəqiqəyədək açıqlamır.

"Merkuri" nəşrinin məlumatına görə, qurğunun Amerika bazarında qiyməti təxminən 300 dollar təşkil edəcək. Büdcəyə uyğun planşetin ekranı yüksək təsvir ölçüsünə malik olacaq və ekranın diaqonalı 7,8 düym təşkil edəcək.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, planşet cari ilin noyabrında satışa çıxarılacaq.






EMİL





17/10/12    Çap et