Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntel” kasıblayıb


2012-ci ilin üçüncü rübündə şirkətin xalis mənfəəti 2,97 milyard dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən il bu göstərici 3,47 milyard dollara bərabər olmuşdu. Beləliklə, “İntel”in xalis mənfəəti 1 il ərzində 14 faiz azalıb. “İntel” korporasiyasının satış həcmi, həmçinin azalaraq 13,5 milyard dollar təşkil edib.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, şirkət xalis mənfəətin azalmasını dünya iqtisadiyyatındakı qeyri-stabil vəziyyətlə əlaqələndirir, lakin “İntel” prosessorları ilə işləyən planşet kompüterlərin bazara çıxarılması ilə əlaqədar göstəriciləri yaxşılaşdırmağa ümid edir.







EMİL





17/10/12    Çap et