Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Komitəsinin saytının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb


Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytı (http://www.scwra.gov.az/) yeniləndiyi üçün müvəqqəti olaraq fəaliyyətini dayandırıb. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə komitənin yaydığı məlumatda bildirilir.

Hazırda saytın yeni versiyasının hazırlanması üzərində iş aparılır. Bununla əlaqədar olaraq DQİDK-nın məlumatları dövlət komitəsinin rəsmi "Facebook" sosial şəbəkəsində (www.facebook.com/dovletvedin)  yerləşdirilir.









CAHANGİR





17/10/12    Çap et