Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Regionlarda yeni elektron ATS-lər istifadəyə verilib


«Aztelekom» İB tərəfindən regionlarda vətəndaşların telefon rabitəsinə olan tələbatının ödənilməsi məqsədilə hazırlanan geniş tədbirlər planına uyğun olaraq yeni elektron ATS-lər tikilərək istifadəyə verilib.

Birlikdən verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində  Şəki  rayon  mərkəzində, Yevlaxda məcburi köçkünlər üçün tikilmiş qəsəbədə, Hacıqabul, Şabran, Oğuz, Qusar, Ağdam, Tərtər, Astara və  Bərdənin  11 kənd yaşayış məntəqəsində yeni EATS-lər quraşdırılaraq  istifadəyə verilib.

Qeyd edək ki, “Aztelekom” İB-nin regionlarda genişzolaqlı internet şəbəkəsinin inkişafı konsepsiyasına uyğun olaraq bütün adıçəkilən EATS-lərdə ADSL avadanlıqları qurulub.






RƏVAN





22/10/12    Çap et