Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mozilla” şirkəti “Android” üçün tətbiq mağazası istifadəyə verib


"Mozilla" şirkəti "Android" platforması üçün "Firefox Marketplace" internet mağazasını istifadəyə verib. Bu barədə şirkətin rəsmi bloqunda bildirilib.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, mağazada kateqoriyalar üzrə bölünmüş yalnız pulsuz proqramlar mövcuddur. Hələ ki proqramların sayı çox azdır. 2013-cü ildə mağazanın tam versiyası istifadəyə veriləcək. O zaman tətbiqləri pulla satın almaq imkanı olacaq.
Mağaza ilə işləmək istəyənlər "Mozilla"nın saytından http://www.mozilla.org/en-US/mobile/aurora/ yükləməlidirlər.








EMİL





23/10/12    Çap et