Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype” “Windows 8” əməliyyat sisteminə inteqrasiya edilib


“Microsoft” şirkəti “Windows 8” əməliyyat sistemi (ƏS) üçün “Skype” proqramını elan edib. Həm “Windows 8”, həm də “Skype” oktyabrın 26-da istifadəyə veriləcək.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, proqramı “Windows Store”-dan yükləmək mümkün olacaq.

“Windows 8” ƏS-də “Skype” daima fon rejimində işləyəcək. Əgər digər proqram işlək vəziyyətdədirsə, o zaman istifadəçi yeni mesaj aldıqda və ya ona zəng edildikdə ekranın küncündə bu barədə xəbərdarlıq görəcək.Qeyd edək ki, “Skype” IP telefoniya xidməti 2011-ci ildən etibarən “Microsoft” korporasiyasına məxsusdur.





EMİL





23/10/12    Çap et