Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda kibertəhlükələrin səviyyəsi yüksək qiymətləndirilib


"Kasperski Laboratoriyası" ilə “B2B International”-ın dünyanın 22 ölkəsində birgə keçirdiyi tədqiqatın nəticəsinə əsasən, Rusiya kibertəhdidlərin sayına görə dünyada birinci yerdə qərarlaşıb.

"Dünyada hər saniyə bir ədəd zərərli proqram yaradılır. Bu isə gün ərzində 125 min virus deməkdir. Rusiya kibertəhdidlərin sayına görə dünyada birinci yerdə qərarlaşıb" - "Kasperski Laboratoriyası"nın aparıcı antivirus analitiki Denis Maslennikov bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “1news.az” saytına istinadən bildirir ki, onun məlumatına görə, Tacikistanda kibertəhdidlərin səviyyəsi 59, Azərbaycanda 55, Ermənistanda 57 faiz təşkil edir.

"Elektron məktubların 72 faizi spamdır. Biz 2012-ci ilin ikinci rübündə 125 milyon zərərli istinad aşkar etmişik. Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Hindistan bu sahə üzrə lider ölkələrdir" - D.Maslennikov qeyd edib.

EMİL





29/10/12    Çap et