Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Chrome” brauzerinin “Windows 8” üçün versiyası istifadəyə verilib


“Google” şirkəti bloqunda “Chrome” brauzerinin “Microsoft Windows 8” əməliyyat sistemi (ƏS) üçün versiyasının istifadəyə verilməsini elan edib.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Chrome” brauzerinin “Windows 8” ƏS-i üçün versiyası sensor ekranlarla işləmək üçün optimallaşdırılıb, düymələrin sayı artırılıb.

“Chrome” brauzerinin “Windows 8” ƏS-i üçün nəzərdə tutulmuş versiyası digər qurğulardakı kimi sürətli və təhlükəsizdir.Brauzeri http://www.google.com/homepage/windows8/  burdan yükləmək olar.







EMİL





30/10/12    Çap et