Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet şirkəti 325 işçisini ixtisar edəcək


“PayPal” internet şirkəti 325 işçisini ixtisar etməyi planlaşdırdığını bəyan edib. İxtisarlar şirkət strukturunu sadələşdirməli və onun xərclərini azaltmalıdır.Hazırda “PayPal”da təxminən 13 min əməkdaş çalışır.

“PayPal” internet şirkətinin bəyanatında bildirilib ki, ixtisarlar əsasən məhsul və texnologiyaların inkişafı üzrə bölmədə həyata keçiriləcək. Planlaşdırılan ixtisarlar yeni texnologiyaların hazırlanmasını və qabaqcıl texnologiyaların tətbiqini sürətləndirməlidir.











EMİL





30/10/12    Çap et