Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 8” əməliyyat sisteminin 4 milyondan çox surəti satılıb


Amerikanın “Microsoft” korporasiyası dörd gün ərzində yeni “Windows 8” əməliyyat sisteminin (ƏS) dörd milyondan çox surətini satıb. Bu barədə Redmond şəhərində keçirilən “BUILD 2012” konfransında korporasiyanın baş direktoru Stiv Ballmer  bildirib.

Ballmer, həmçinin bildirib ki, “Windows 8” ƏS-i ilə işləyən planşet və fərdi kompüterlər istehsal edən tərəfdaş-istehsalçılar üçün yeni əməliyyat sisteminə on milyonlarla lisenziya təqdim edilib.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Microsoft” rəhbəri, həmçinin oktyabrın 26-da satışa çıxarılmış “Surfacе” planşetinin satış həcmi haqqında məlumat verməyib.





EMİL





31/10/12    Çap et