Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beynəlxalq İKT tədbirlərinin iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər


“Bakutel-2012” sərgi və konfransının, VII İnternet İdarəçiliyi Forumunun və Regional Rabitə Birliyi Administrasiya Başçıları Şurasının 47-ci iclası və MDB-yə üzv ölkələrin İnformatizasiya üzrə 18-ci Koordinasiya Şurasının birgə iclasının iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
 
“Bakutel-2012” sərgi və konfransının, VII İnternet İdarəçiliyi Forumunun və Regional Rabitə Birliyi Administrasiya Başçıları Şurasının 47-ci iclası və MDB-yə üzv ölkələrin İnformatizasiya üzrə 18-ci Koordinasiya Şurasının birgə iclası iştirakçıları noyabrın 5-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.  Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər güllər düzülüb.



RƏVAN




05/11/12    Çap et