Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“SAZZ İnternet” əhatə zonasını genişləndirir


“SAZZ” genişzolaqlı simsiz limitsiz internet xidməti Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə fəaliyyətə başlayıb.  Artıq şirkətin iki satış nöqtəsi “SAZZ İnternet” abunəçisi olmaq istəyən gəncəlilərin xidmətindədir. Yeni Gəncə, Ə.Mehmandarov küçəsi və Cavadxan küçəsi 71 ünvanında yerləşən yeni satış nöqtələrində abunəçilərə xüsusi təlim keçmiş operatorlar və texniki dəstək heyəti xidmət göstərəcək.

“ICTnews” elektron xəbər xidmətinin “SAZZ 4G İnternet” şirkətinə istinadən verdiyi məlumata görə, şirkət növbəti 8-10 ay ərzində Şəki, Zaqatala, Quba, Qusar, Lənkəran, Masallı və digər iri regional mərkəzlərdə fəaliyyətə başlamağı planlaşdırır.

Azərbaycanda “Mobile WiMAX 4G” texnologiyası əsasında fəaliyyət göstərən genişzolaqlı simsiz internet xidməti olan “SAZZ 4G İnternet” istifadəçilərə 25 manatlıq aylıq abunə haqqı müqabilində saniyədə 10 Mb-dək qoşulma sürəti olan standart tarif planını təqdim edir.




CAHANGİR





06/11/12    Çap et