Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Azercell Telekom»: Tariflərin endirilməsi davam etdiriləcək


Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkəti tariflərin endirilməsini davam etdirəcək.  Bu barədə şirkətin Korporativ ünsiyyət Departamentinin rəhbəri xanım Ülviyyə Həsənzadə bildirib.

Onun sözlərinə görə, «Azercell» şirkətinin fəaliyyətə başladığı gündən indiyədək tariflər təxminən 70% endirilib: «Biz bu cür qiymət siyasətini davam etdirəcəyik və «Azercell» gələcəkdə də tariflərin endirilməsini tətbiq edəcək».

Ü.Həsənzadə həmçinin bildirib ki, yaxın zamanlarda «Azercell» şirkəti öz istifadəçilərini bir sıra yeniliklərlə sevindirəcək.




06/11/12    Çap et