Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti axtarış sistemində yan paneldən imtina edəcək


“Google” korporasiyası axtarış sisteminin interfeysini yeniləyəcək. Şirkət yan paneldən imtina edəcək. Bu barədə “Google”-un bloqunda məlumat verilib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, yan paneldə kateqoriyalar (Foto, Xəritə, Video, Xəbərlər və s.) və axtarış sazlaması yerləşir. Bütün bu istinadlar horizontal formada təqdim ediləcək.

Yenilənmiş interfeys əvvəlcə “google.com” saytında, bundan sonra axtarış sisteminin regional versiyalarında istifadəyə veriləcək.





EMİL





07/11/12    Çap et