Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “Chrome” brauzerinin yeni versiyasını istifadəyə verib


“Google” internet şirkəti “Chrome” brauzerinin yeni versiyasını istifadəyə verib. Şirkətdən verilən məlumata əsasən, brauzerin yeni versiyası sistem resurslarının üzərinə çox “yük” salmır və bu, mobil qurğularda akkumulyatorun enerjisindən istifadəni azaltmağa imkan verir.

“Google”-dan verilən məlumata əsasən, onların öz hesablamalarına görə, brauzerin yeni versiyasında videoya baxış zamanı resurslardan istifadə 25 faiz azalır.

“Chrome 23”-də, həmçinin web-konfransların keçirilməsi üçün brauzerin kamera və mikrofonlarla işi təkmilləşdirilib.Bundan başqa, 13 təhlükəsizlik “boşluğu” aradan qaldırılıb.





EMİL






07/11/12    Çap et