Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Obamanın qələbə tviti rekorda imza atıb


Barak Obamanın prezident seçkilərində qalib gəlməsi “Twitter”də rekorda imza atıb.“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, noyabrın 7-də Obamanın mikrobloqunda “Daha 4 il” tviti yerləşdirilib. Xəbər hazırlanan zaman tvit 458 min 60 istifadəçi tərəfindən re-tvitlənib; təxminən 158 min insan onu seçilmişlərə əlavə edib.

“The Guardian” nəşri qeyd edib ki, bu, “Twitter” üçün rekord göstəricidir.Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 6-da baş tutub. İlkin məlumatlara görə, qələbəni Obama qazanıb.







EMİL





08/11/12    Çap et