Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakıda keçirilən İnternet İdarəçilik Forumu dünyada İKT sahəsində əməkdaşlığın daha da dərinləşməsinə töhfələr verəcəkdir”


Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının fəal üzvlərindən biridir və VII İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsi bu ölkədə informasiya və kommunikasiya texnologiyaları sahəsində görülən işlərin  göstəricidir.

Bu sözləri İnternet İdarəçilik Forumunda iştirak edən informasiya və kommunikasiya texnologiyaları üzrə ekspert, ABŞ nümayəndə heyətinin rəhbəri səfir Terri Kramer noyabrın 8-də keçirdiyi mətbuat konfransında söyləyib.

Forumun əhəmiyyətinə toxunan Terri Kramer bildirib ki, bu tədbir informasiya təhlükəsizliyinin təmin olunmasına imkan yaratmaqla yanaşı, dünyada internetin qlobal inkişafına, İKT sahəsində əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfələr verəcəkdir.

Foruma ildən-ilə marağın daha da artmasının təqdirəlayiq olduğunu söyləyən səfir tədbir çərçivəsində keçirilən bölmə iclaslarında çox maraqlı məsələlərin müzakirə edildiyini, İKT sahəsində birgə layihələrin həyata keçirilməsi üçün faydalı təkliflərin irəli sürüldüyünü diqqətə çatdırıb. 





09/11/12    Çap et