Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Roma Papası “Twitter”də hesab yaradacaq


Roma Papası XVI Benedikt “Twitter”də hesab açacaq. Bu barədə  noyabrın 8-də Vatikanın rəsmi nümayəndəsi Federiko Lombardi (Federico Lombardi) bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Roma katolik kilsəsinin rəhbərinin hesabı 2012-ci ilin sonuna kimi açılacaq.

Xatırladaq ki, XVI Benedikt bundan əvvəl artıq “Twitter” mikrobloqunda yazıb. Roma Papası o zaman “news.va” xəbər resursunun istifadəyə verilməsi haqqında bildirmişdi.






EMİL





09/11/12    Çap et