Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Wikipedia"ya videoçarxlar əlavə etmək mümkün olacaq


Qeydiyyatdan keçmiş istifadəçilər məqalələrə videoçarxlar əlavə etmək imkanı əldə ediblər. "Yeni pleyer “Wikipedia” və onun "qardaş" saytlarında artıq əlçatandır" - resursun nümayəndələri qeyd ediblər.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, video "HTML5" texnologiyasını dəstəkləyən pleyer vasitəsilə əks olunacaq.

Qeyd edək ki, videoməzmunun "Wikipedia" onlayn ensiklopediyasına inteqrasiyası layihəsinə 2008-ci ildə start verilib, lakin o vaxtdan etibarən onun istifadəyə verilməsi texniki problemlərə görə bir neçə dəfə təxirə salınıb. Layihənin sponsoru "Kaltura" açıq videoplatforması və "Google" şirkətidir.





EMİL





12/11/12    Çap et