Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Proqram təminatı surətlərini qanunsuz yaydığına görə 45 il müddətinə azadlıqdan məhrum ediləcək


ABŞ-ın Atlanta şəhərinin sakini "Windows XP Professional" və "Office 2003 Professional" proqram təminatı surətlərini qanunsuz yaymaqda ittiham edilir. ABŞ-ın Ədliyyə Nazirliyinin məlumatına görə, 49 yaşlı Bryus Alan Edvard pirat proqram təminatını Sinqapur və Çindən əldə edərək onu "eBay" vasitəsilə satırmış. Diskləri isə ABŞ-ın Poçt xidməti ilə göndərib.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, həmin şəxs 2008-ci ilin mayından 2010-cu ilin sentyabrına qədər qanunsuz fəaliyyətlə məşğul olub. O, bu vaxt ərzində "Microsoft"un proqram təminatının 2,5 mindən çox surətini satıb.

Əgər amerikalı günahkar bilinsə, onu 1.5 milyon dəyərində cərimə və ya 45 il müddətinə qədər həbs cəzası gözləyir.





EMİL





12/11/12    Çap et