Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet istifadəçiləri səbirsiz edib


İnternetə qoşulma sürətinin artması nəticəsində istifadəçilər videoçarxın yüklənməsinə 2 saniyədən artıq vaxt sərf edilməsinə səbir edə bilmirlər. Massaçusets Universitetində çalışan professor Rameş Sitaraman belə nəticəyə gəlib. Onun məlumatları 23 milyon çarxın statistikasına əsaslanır.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, professorun hesabatına əsasən, videonun yüklənməsinə sərf edilən hər əlavə saniyəyə görə onun bağlanma ehtimalı 6 faiz artır. İstifadəçilər daha uzunmüddətli kontentin yüklənməsinə səbirlə yanaşırlar.

Tədqiqat nəticəsində, həmçinin internetin sürətinin gözləmə müddətinə güclü təsir göstərdiyi məlum olub. Belə ki, videonu smartfondan yükləyən istifadəçilər genişzolaqlı internetdən istifadə edənlərlə müqayisədə daha səbirlidirlər. İnternetə fiber-optik kabellə qoşulanlar isə ən səbirsizdirlər.




EMİL





12/11/12    Çap et