Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda ilk beynəlxalq foto sosial şəbəkə fəaliyyətə başladı


"http://www.azerbaijans.com/" saytı tərəfindən reallaşdırılan "http://www.butacolor.net/" web ünvanlı daha bir beynəlxalq statuslu sayt Azərbaycan internet məkanından istifadəçilərin ixtiyarına verildi. Sayt indiyə qədər həyata keçirilən fotolayihələrin davamı kimi fəaliyyət göstərəcək.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə saytın redaksiyasından məlumat verilib. Redaksiyadan bildirilib ki, 7 dildə təqdim olunan  "http://www.butacolor.net/"  saytı istənilən istifadəçinin şəxsi foto arxivinə çevrilməyi və fotopaylaşım vasitəçiliyini qarşısına əsas məqsəd kimi qoyub. Web resursun texniki göstəriciləri olduqca genişdir.

Dünyanın hər yerindən istənilən istifadəçi üçün saytın bazasına foto yükləməklə öz səhifəsində mövzular üzrə fotoqovluq yaratmaq, fotoları işarələmək, onlara şərhlər yazmaq, fikirlər paylaşmaq mümkün olacaqdır. Bundan başqa, sayt sosial şəbəkə funksiyasını da həyata keçirir. Saytda yalnız bir dəfə ödəniş etməklə qeydiyyatdan keçmək lazım gəlir.

İdeya müəllifi və qurucusu İlham Abduyev olan  "www.butacolor.net" saytı mütəxəssislər tərəfindən Azərbaycanda ilk foto sosial şəbəkə kimi qiymətləndirilir.Qeyd edək ki, yeni sayt "www.azerbaijans.com" tərəfindən həyata keçirilən dördüncü layihədir.
 
HƏQİQƏT





14/11/12    Çap et