Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”un mobil versiyasında "Paylaşmaq" düyməsi istifadəyə veriləcək


“Facebook” sosial şəbəkəsi saytın mobil versiyasında maraqlı nəşrləri dostlarla paylaşmağa imkan verən "Paylaşmaq" (Share) düyməsini istifadəyə verib.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, “Facebook” funksiyanı saytın mobil versiyasında istifadəyə verib, yaxın vaxtlarda “Paylaşmaq” düyməsini “Android” və “iOS” platformaları üçün tətbiqlərə əlavə etməyi planlaşdırır.

Funksiya artıq mövcud olan "Bəyən" (Like) və "Şərh" (Comment) düymələrinin yanında yerləşəcək.
Qeyd edək ki, sosial şəbəkənin mobil auditoriyası ay ərzində 600 milyon istifadəçini ötür.





EMİL





15/11/12    Çap et