Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkətinin həmtəsisçisi oyun qəhrəmanı olub


“Apple” şirkətinin təsisçilərindən biri Stiv Voznyak aktyor Denni Trexo ilə birgə “Danny Trejo's Vengenance” adlı oyunun qəhrəmanı olublar. “iOS” platforması üçün nəzərdə tutulmuş 8-bitlik arkada oyununda Stiv Voznyak həyat yoldaşını xilas etmək üçün quldurlarla dolu şəhərdən keçməli olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, tətbiq noyabrın 22-də “App Store” mağazasında yerləşdiriləcək. Stiv Voznyak bildirib ki, o və onun həyat yoldaşı tətbiqi səsləndirməyə məmnuniyyətlə razılaşıblar. "Oyun çox əyləncəli və maraqlıdır" – o, təəssüratlarını  bölüşüb.

Qeyd edək ki, 1976-cı ildə Stiv Voznyak Stiv Cobsla birgə “Apple” şirkətinin əsasını qoyub. Lakin 1987-ci ildə o, şirkəti tərk edib. Maraqlısı odur ki, Voznyak indiyə qədər “Apple”-ın əməkdaşı hesab edilir və hətta maaş alır.



 
EMİL





16/11/12    Çap et