Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” yeni “iPhone” üçün “Google Maps” sistemini istifadəyə verəcək


“The Wall Street Journal” qeyd edib ki, “Apple” və “Google” şirkətləri arasındakı rəqabət səngimək bilmir və birincinin bu yaxınlarda “Google” xəritələrindən istifadədən imtina etməsinə baxmayaraq internet-nəhəng bununla belə “iOS” platforması üçün “Google Maps” sistemini istifadəyə verəcək.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkətin planları ilə tanış olan mənbələr bildiriblər ki, “Google” artıq əməkdaşları arasında yeni kartoqrafiya xidmətinin test versiyasını paylamağa başlayıb.

Bu halda tətbiq üzərində aparılan işlər hələ bitməyib və onun yerləşdirilməsi barədə “Apple iTunes”-ə müraciət edilməyib. Əgər “Google” belə müraciət etsə və “Apple” onu təqdir etsə, o zaman “iPhone” üçün yenilənmiş “Google Maps” birbaşa “Apple” şirkətinin şəxsi kartoqrafiya xidməti ilə rəqabət aparacaq.

“Google” şirkətinin rəsmi mətbuat xidməti bu barədə hələ ki məlumat verməyib. “Apple” şirkətindən verilən məlumata əsasən, onlar “Google”-dan heç bir müraciət almayıblar. “Google” nümayəndəsinin sözlərinə görə, şirkətin kartoqrafiya xidməti analoqları arasında ən dəqiq və rəqabətə davamlı həldir".
 
EMİL





16/11/12    Çap et