Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"LTE" şəbəkələr sadə hücumların qarşısında acizdir


Ekspertlər xəbərdarlıq ediblər ki, gələcəyin simsiz kommunikasiya vasitəsi hesab edilən yüksəksürətli "LTE" şəbəkələr sadə tipli hücumların qarşısında acizdir. Cinayətkarlar noutbuk və ucuz ötürücü aparatdan istifadə etməklə minlərlə insana xidmət edən "LTE"-nin baza stansiyasını sıradan çıxara bilərlər.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, hazırda ABŞ-da, demək olar ki, hər bir simsiz rabitə operatoru verilənləri "3G" ilə müqayisədə bir neçə dəfə daha sürətli ötürən "LTE" şəbəkələrin tətbiqilə məşğuldur.

Ölkə ərazisində birinci ticari "4G" şəbəkəni istifadəyə vermiş "Verizon Wireless" cari ilin sonunadək təxminən 400 regionu əhatə etmək niyyətindədir. Lakin alimlərin sözlərinə görə, "LTE" texnologiyasının təhlükəsizlik sistemi hələlik ürəkaçan deyil.




EMİL





17/11/12    Çap et